04/12/2013
I. Payız imtahan sessiyasında (25 noyabr-25 dekabr 2013 il) ixtisaslar üzrə doktorluq imtahanlarını qəbul etmək üçün komissiyaların yaradılması.
AMEA Rəyasət Heyətinin 21 noyabr 2013-cü il tarixli 261 saylı Sərəncamına əsasən imtahan komissiyalarının tərkibi və imtahana buraxılanlar təsdiq edildi. İxtisas üzrə doktorluq imtahanlarının qəbulu 2013-cü il noyabr ayının 25-dən dekabr ayının 25-dək keçiriləcək.
2013-cü ilin mühüm nəticələri müzakirə edildi və təsdiq olundu.
Müsabiqənin keçirilməsi (2 apar.elmi işçi, 3 böyük elmi işçi).
AMEA Riyaziyyat və Mexanika İnstitutunun aşağıda adları qeyd olunan əməkdaşları icra etdikləri vəzifələri tutmaq üçün hesablayıcı komissiyanın nəticələrini nəzərə alaraq yenidən tutduqları vəzifələrə seçildilər:
f-r.e.n. Seyfullayev Əlizadə «Dalğa dinamikası» şöbəsi üzrə aparıcı elmi işçi
f-r.e.n. Muxtarov Murad «Cəbr və riyazi məntiq»şöbəsi üzrə aparıcı elmi işçi
f-r.e.n. Quliyev Rahim «Elastiklik və plastiklik nəzəriyyəsi» şöbəsi üzrə böyük elmi işçi
f-r.e.n. Rəsulov Mübariz və f-r.e.n. Əliyev İlqar «Dalğa dinamikası» böyük elmi işçi.
Cari məsələlər.
AMEA Rəyasət Heyətinin 20 noyabr 2013-cü il tarixli 23/5 saylı qərarı ilə AMEA-nın 70 illik yubileyinin keçirilməsi üzrə Tədbirlər planı təsdiq edilmişdir.
AMEA Rəyasət Heyətinin 20 noyabr 2013 il tarixli 23/4 saylı qərarına əsasən AMEA-nın gənc alimlərinin “Gənclər üçün Prezident Mükafatı”na Riyaziyyat və Mexanika İnstitutundan r.f.d. R.Ə.Bəndəliyev və r.f.d. T.R.Muradovun namizədlikləri təqdim edilmişdir.