Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


01.02.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi r.e.d. Nigar M. Aslanova “Dördüncü tərtib diferensial operator ifadəsi ilə doğrulmuş operatorun spektri və izi haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə sonlu parçada operator potensiallı dördüncü tərtib diferensial tənlik üçün spektral parametrdən asılı sərhəd şərti ilə verilmiş sərhəd məsələlərinə baxılacaq. Bu məsələlərə uyğun öz-özünə qoşma operatorlar təyin edilmiş, həmin operatorların məxsusi ədədləri üçün asimptotik düstur alınmış və onların requlyarlaşmış izləri hesablanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər