06/12/2013
XÜLASƏ
Dissertasiya işində məhdud və qeyri–məhdud oblastlarda sinqulyar həyəcanlanmış, cırlaşdıqda tipini dəyişən, qeyri-xətti elliptik, parabolik, hiperbolik və klassik tiplərə aid olmayan iki müxtəlif tənliklər üçün sərhəd məsələlərinin həllərinin tam asimptotikaları qurulmuş və alınan qalıq hədləri qiymətlən-dirilmişdir. Tədqiq olunan sərhəd məsələlərinin bəziləri üçün cırlaşmış məsələrin həlləri məxsusiyyətlərə malikdirlər. Bəzi sərhəd məsələlərinin həllərinin asimptotik ayrılışları qeyri-ənənəvi üsulla qurulmuşdur. Belə məsələlərə bərk cisimlər dinamikasında, mayelərin səthi gərilmə qüvvəsinin təsiri altında baş verən hərəkətlərinin tədqiqində rast gəlinir. Dissertasiya işində aşağıdakı yeni nəticələr alınmışdır:
– Cırlaşdıqda tipini dəyişən qeyri-xətti klassik tənliklərin hər biri üçün bəzi sərhəd məsələlərinin həllərinin tam asimptotikaları qurulmuşdur
– Klassik tiplərə aid olmayan iki qeyri-xətti üç tərtibli və ixtiyari tək tərtibli tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin həllərinin tam asimptotikalı qurulmuşdur.
– Cırlaşmış məsələsi hamar olmayan və ya məxsusiyyətə malik olan bir neçə sərhəd məsələsi tədqiq olunmuşdur.
– Klassik tiplərə aid olan tənliklər üçün qeyri-məhdud oblastlarda qoyulmuş sərhəd məsələlərinin həllərinin tam asimptotikaları qurulmuşdur.
– İlk dəfə olaraq «Sərhəd şərtinin kiçik parametrin istənilən müsbət üstlü qüvvətinə nəzərən dəqiqliklə təqribi ödənilməsi» anlayışı verilmiş və bu anlayışdan istifadə etməklə bir neçə sərhəd məsələsinin həllinin qeyri-ənənəvi üsulla asimptotik ayrılışı qurulmuşdur.