Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


01.03.2017-cı il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Rüstəmova Məhsəti Akif qızının “Aralarında maye olan konsentrik yerləşmiş iki silindrik örtüyün parametrlərin müxtəlif qiymətlərində sərbəst rəqslərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir.
Məruzədə aralarında maye olan iki konsentrik silindrik örtüklərin sərbəst rəqslərinin tezliklərinin təyin edilməsi üçün dəqiq analitik ifadə alınmış və boruların sərtliyi və ölçülərinin tezliklər spektrinə təsiri öyrənlimişdir. Baxılan məsələlər tərs üsulla həll edilmişdir, başqa sözlə, mühit olmayan halda örtüklərin sərbəst rəqslərinin tezliyi ilə sistemin sərbəst rəqslərinin məxsusi tezlikləri arasında analitik ifadə alınmışdır. Sərbəst rəqslərin tezlik spektrləri qurulub və bu spektrə baxılan məsələlərin həndəsi və fiziki parametrlərinin təsiri öyrənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər