15/11/2023
Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev və “Riyazi analiz” kafedrasının dosenti Mehriban Ömərovanın həmmüəllifi olduqları məqalə çap olunub. Məqalə “Advances in Nonlinear Analysis” (https://www.degruyter.com/journal/key/anona/html) (WoS, IF-4.200) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib.
“Ümumiləşmiş Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorları və onların kommutatorlarınin xarakteristikası” adlı məqalədə ümumiləşmiş Orlicz–Morrey fəzalarında həqiqi Kalderon–Ziqmund operatorlarının zəif/güclü məhdudluğu üçün zəruri və kafi şərtlər əldə edilmişdir. Həmçinin bu fəzalarda həqiqi Kalderon-Ziqmund operatorlarının kommutatorlarının məhdudluğu araşdırılmışdır.
Məqaləni oxumaq üçün linkə keçid edin:
https://www.degruyter.com/document/doi/10.1515/anona-2022-0307
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.