Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hərəkət çevrilmələri” mövzusunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində 2-ci seminar keçirildi


muhazire2

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. İkinci seminar martın 2-si saat 15:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirildi.
Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “Hərəkət çevrilmələri” mövzusunda çıxış etdi.
Mühazirə məktəb kursunda öyrənilən hərəkət anlayışına, onun növlərinin əsas xarakteristikalarına, müxtəlif hərəkət növlərinin superpozisayalarına, istənilən hərəkətin bu növlərin superpozisiyası şəklində göstərilə bilməsi haqqında teoremin isbatına və bəzi tətbiqi məsələlərə həsr olunmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər