Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc Riyaziyyatçılar Məktəbinin “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda mühazirəsi keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Mühazirədə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n. İbrahim Məhərov “Elementar həndəsənin görkəmli teoremləri” mövzusunda çıxış edib.
İbrahim Məhərov mühazirədə Eyler düz xətti və Eyler düstürü haqqında, Çeva və Menelay teoremlərini, onların tətbiqini populyar dildə şərh edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər