“İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski bərabərsizlikləri və digər tətbiqləri” mövzusunda elmi-populyar mühazirə keçirilib
12/05/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Növbəti mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov “İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski bərabərsizlikləri və digər tətbiqləri” mövzusunda çıxış edib.
Mühazirədə elmi-populyar üsullarla klassik bərabərsizliklər: Çebışev, Hölder, Minkovski və.s. araşdırılıb, müəyyən tətbiqlərinə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.