Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Müstəvi üzərində ikitərtibli əyrilər və onların tətbiqi “mövzusunda elmi-populyar mühazirə keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir.
Növbəti mühazirədə Akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi f.r.e.n. Həsənov Əkbər Cümşüd oğlu “Müstəvi üzərində ikitərtibli əyrilər və onların tətbiqi “mövzusunda mühazirə oxuyub.
Mühazirədə ikitərtibli əyrilərdən elleps, hiperbola və parabolanın həndəsi tərifindən istifadə edərək, onların kanonik tənliklərinin çıxarılışı və bəzi tətbiqləri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər