Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Riyaziyyat və Mexanika institutunun əməkdaşları Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik agentliyinin əməkdaşları ilə görüş keçiriblər.


Görüşün önəmindən bəhs edən Riyaziyyat və Mexanika institutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov elmi əməkdaşlığın ölkənin müdafiə sənayesinin inkişafına tövhə olacağını bildirdi. Elm işçilərinin prioritet sahə üzrə birgə işləmələri həm elmin, həm də müdafiə sənayesinin inkişafına təkan verəcək. Belə ki, Milli Aerokosmik agentliyinin əməkdaşları tədqiqat işlərini institutun elmi jurnalına çap etdirə biləcəklər.
Agentliyin direktoru Alçın Şirinzadə görüşün keçirilməsinin təqdirəlayiq hal olduğunu ifadə edərək belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladı. Azərbaycanda bu il ilk dəfə keçiriləcək Ümumi dünya sərgisinə hazırlıq üçün Riyaziyyat və Mexanika institunun alimlərinin fikirlərinə ehtiyac olduğunu bildirdi. Elmi əməkdaşlığın qurulmasının Azərbaycan Milli Elmlər Akademiyasının uğuru olduğunu diqqətə çatdırdı.
Əməkdaşlığın rəsmiləşdirilməsi üçün protokol tərtib edildi.
Qeyd edək ki, bu Riyaziyyat və Mexanika institunun Milli Aerokosmik agentliyinin əməkdaşları ilə ilk görüşü deyil. Belə ki, onlar bir həftə öncə Müdafiə Sənayesi Nazirliyində görüş keçirmişdilər.

Faydalı linklər