Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


22.11.2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarında  “Riyazi analiz” şöbəsinin baş elmi işçisi r.e.d. dosent, Elman İbrahimov “Maksimal Qeqenbauer operatorunun kommutatoru terminində Gegenbauer-Lipschitr fəzalarının xarakteristikası” mövzusunda məruzə etdi.

Məruzədə Qeqenbauer-Lipşits fəzası anlayışı daxil edilir və isbat olunur ki, həmin fəza Banax fəzasıdır. Maksimal Qeqenbauer operatorunun kommutatorunun həmin fəzada məhdudluğu haqqında Adams və Spanne tipli teoremləri isbat olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər