Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Orliç fəzasında Riss potensial operator və onun kommutatoru” mövzusunda məruzə edib.
Məruzədə Orliç fəzasında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərt haqqında danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.