04/03/2014
7 mart 2014-cü il tarixində saat 14:00-da AMEA Riyaizyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün B/D 01.111 birdəfəlik dissertasiya şurasının iclasında Eminağa Mirzağa oğlu Məmmədovun “Nəsirəddin Tusinin əsərlərində riyazi anlayışların mahiyyəti və məntiqi aspektləri” mövzusunda 1205.01-Riyazi məntiq və ədədlər nəzəriyyəsi və D 01.111 dissertasiya şurasının iclasında Cəlalə Əlövsət qızı Osmanlının “Kəsilmə şərtlərinə malik Şturm-Liuvill operatoru üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda 1211.01– Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyalarının müdafiələri AMEA Riyaizyyat və Mexanika İnstitutunun akt zalında keçiriləcək.