Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında ”Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman İmran oğlu Məmmədov ”Bir sinif qeyri-müntəzəm cırlaşan elliptik tənliklərin keyfiyyət xassələri haqqında” mövzusunda məruzə edib.
Çıxışda çəkili qeyri-müntəzəm cırlaşan elliptik tənliklər üçün Mozer, Hölder və Harnak bərabərsizlikləri öyrənilib, bunların köməyi ilə fundamental həllin qiymətləndirilməsi isbat olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.