Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirakı ilə bağlı xəbər yer alıb.

Həmçinin qəzetdə AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ilə görüşgörkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda “Akademik Cəlal Əliyev qiraətləri” barədə yazılar və digər əhəmiyyətli tədbirlərə dair məlumatlar dərc edilib.

Qəzetin bügünkü sayında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Qırğız-Türk Manas Universitetinin Türkiyə üzrə rektoru, professor Alpaslan Ceylan ilə görüş, “Əhməd Ağaoğlu və Türk dünyası”, eləcə də “Haqqın qulu-Məhtimqulu” mövzularında beynəlxalq konfranslara dair yazılar, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin müəllifi olduğu “Əsrin müqaviləsindən Zəfərədək” adlı müsahibə və “Elmi axtarışlarda yaşanmış şərəfli alim ömrü” adlı məqalə ilə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən tədbirlərə dair yazılar, akademik Cahangir Kərimov haqqında məqalə, Rusiya Elmlər Akademiyasının fizioloqu Tatyana Moşonkina ilə müsahibə, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

© www.science.gov.az

Faydalı linklər