Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Martın 12-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Lövhələrdə ulduz şəkilli “radial” çatların yayılması” mövzusunda Ümuminstitut seminarı keçirilib.


Seminarda  mövzu üzrə “Dalğa dinamikası” şöbəsinin əməkdaşı  f-r.e.d. Nazilə Rəsulova məruzə edib.
Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduzşəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunub. Məruzədə məlum olub ki, sayı ixtiyari n olan çatlar koordinat mərkəzi ətrafında simmetrik formada yerləşir və onların yayılma sürəti səthi Reley dalğalarının yayılma sürətindən azdır. Çoxlu sayda aparılmış təcrübələr lövhələrdə hərtərəfli dartılma zamanı ulduz şəkilli çatların yayılması faktını təsdiqləyib.
Məruzədən sonra  nəticə ətrafında müzakirələr aparılıb.

Faydalı linklər