Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər


 

AMEA RMİ GAMŞ-nın sədri, dosent Famil Seyfullayev 151 saylı orta məktəbin qonağı olub
24 aprel 2019-cu il

24.04.2019-cu il tarixində AMEA RMİ GAMŞ-nın sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev 151 saylı orta məktəbin qonağı olub. Görüş zamanı AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbin “ Kiçik Akademiaya “-sı arasında cari tədris ilində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub. Fəaliyyət Planında aşağıdakı bəndlər yer alır:

  1. İnstitutun əməkdaşları tərəfindən texniki təmayüllü XI siniflərdə çətin qavranılan mövzular üzrə riyaziyyat dəsrlərinin tədrisi.
  2. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda məktəbin riyaziyyat müəllimlərinin və texniki təmayüllü X-XI siniflərdə seminarların təşkili.
  3. 5- 6-cı siniflər arasında “ Məntiqlə düşün “ bilik yarışmasının keçirilməsi.
  4. Veb proqramlaşdırma seminarlarının keçirilməsi ( saytın yaradılması və idarə olunması)
  5. Texniki elmlərlə bağlı məqalələrin təqdimatı müsabiqəsi
  6. VI siniflərdə məntiq dərslərinin təşkili

AMEA-nın  professorlarının Koordinasiya şurası ilə Gənc Alim və Mütəxəssislər Şurasının birgə iclası keçirilib
28 yanvar 2019-cu il

Yanvarın 28-də  Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın professorlarının Koordinasiya şurası və həmin qurumun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyətinin üzvlərinin iştirakı ilə iclas keçirilib. Görüşün məqsədini 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyətdə müştərəkliyin təmin olunması, o cümlədən AMEA-da və respublikanın digər ali təhsil müəssisələrində elmi fəaliyyət göstərən əməkdaşların və həmçinin gənclərin fəaliyyətində məhsuldarlığın artırılması təşkil edib.

İclası koordinasiya şurasının sədri, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev açaraq təmsil etdiyi təşkilatın 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyəti, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə müştərək layihələr haqqında məlumat verib.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi gənclər birliyinin bu ilki fəaliyyət planından bəhs edib. O, fevral ayında keçiriləcək “Gənc bioloqların qışı məktəbi ‒ 2019”, ümumrespublika müəssisələrində ilboyu təşkil olunacaq elmi seminarlara və s. nəzərdə tutulan layihələrə AMEA-nın professorlarının Koordinasiya şurasının da cəlb olunmasının faydalı olacağını vurğulayıb.

Geniş müzakirələrlə yadda qalan iclasda birgə fəaliyyətlə bağlı bir sıra mühüm qərarlar qəbul edilib.


AMEA Riyaziyyat və Mexanika İnstitutu 162 saylı məktəbin “Kiçik Akademiya”sı ilə əməkdaşlıq edəcək
18 yanvar 2019-cu il

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev və məsul katibi elmi işçi Aida Quliyeva E.Əliyev adına 162 saylı orta məktəbdə görüş keçiriblər. Məktəbin direktoru Sevinc Abbasova rəhbərlik etdiyi qurumda yaradılan “Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri, orada həyata keçirilən tədbirlər və gələcək perspektiv planlar haqqında qonaqlara məlumat verib.

Görüş zamanı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbin “Kiçik Akademiya”sı arasında cari tədris ilində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyət planı müzakirə olundu. Fəaliyyət Planında aşağıdakı bəndlər yer alır:

1. İnstitutun əməkdaşları tərəfindən texniki təmayüllü XI siniflərdə çətin qavranılan mövzular üzrə riyaziyyat dərslərinin tədrisi;

2. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda məktəbin riyaziyyat müəllimlərinin və texniki təmayüllü X-XI siniflərdə seminarların təşkili;

3. 5-6-cı siniflər arasında “Məntiqlə düşün” bilik yarışının keçirilməsi;

4. Veb proqramlaşdırma seminarlarını keçirilməsi (saytın yaradılması və idarə olunması);

5. Texniki elmlərlə bağlı məqalələrin təqdimatı müsabiqəsi;

6. VI siniflərdə məntiq dərslərinin təşkili.

Yuxarıda sadalananlarla yanaşı hər iki təhsil müəssisəsi arasında müştərək yay məktəbinin təşkil olunması məsələsi də müzakirə mövzusu oldu.

Fəaliyyət Planının icrasına 2-ci yarımildən başlanılması nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edək ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbimizin qarşılıqlı əlaqəsi artıq iki ildir ki, mövcuddur və şagirdlərin texniki fənlərə istiqamətlənməsinə şərait yaradır.


Gənc alimlər Heydelberq Universitetində məruzə ilə çıxış ediblər
13 oktyabr 2017-ci il

AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri “Qeyri harmonik analiz” şöbəsinin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dos.Səbinə Sadıqova və “Hesablama riyaziyyatı və informatika” şöbəsinin elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova 2-6 oktyabr tarixlərində Almaniyanın Heydelberq Universitetinin Elmi hesablamalar üzrə Beynəlxalq Fənlərarası Mərkəzində (IWR) keçirilən “Kvant kimyasında riyazi metodlar” adlı konfransda iştirak etmişlər. Qeyd edək ki, hər iki alim Heydelberq Universiteti tərəfindən rəsmi dəvət olunmuşlar.
Bu mərkəz 1987-ci ildə Heydelberq Universitetində elmi hesablamaların fənlərarası sahəsində tədqiqatların aparılması məqsədi ilə mərkəzi elmi tədqiqat institutu kimi yaradılmış, nəzəriyyə və təcrübənin ayrılmaz hissəsinə çevrilmişdir.
Konfransda Səbinə Sadıqova “Freymlər, tətbiqlər və Hardi siniflərində abstrakt misallar”, Aynurə Cəfərova isə “Raka çoxhədliləri üçün yeni rekurrent münasibətlər cütlüyünə əsaslanan yaxın qonşu qarşılıqlı təsirinə malik birölçülü fermion spin zəncirlərində yüksək keyfiyyətli kubit ötrülməsi” mövzularında çıxış ediblər. (Link: https://typo.iwr.uni-heidelberg.de/fileadmin/user_upload/4_IWR-S_Jafarova.pdf)
Bundan əlavə onlar həmçinin Heydelberq Universitetinin professorları Guido Kanschat, Adreas Dreuw, Plazma fizikasının Maks Plank Institutunun doktoru Katharina Kormann və başqaları ilə elmi müzakirələr aparmışlar.


“XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumu
11-12 oktyabr 2016-cı il

11 və 12 oktyabr 2016-cı il tarixlərində “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin Beynəlxalq Forumu çərçivəsində elmi seksiyalar keçirilib. Gəncə Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, AMEA Gəncə Bölməsi və sair yerlərdə ”Üzvi, qeyri-üzvi sintez və tətbiqi kimya”, ”Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik”, ”Regional inkişaf və demoqrafiya, ”Elmi-tarixi, dini və mədəni sivilizasiyalar, ”Nanotexnologiya və tətbiqi fizika”, ”Elektronik riyazi tədqiqatlar və innovasiyalar” ve ”Biotexnologiya və gen mühəndisliyi” panel mövzularda təşkıl olunan müzakirələrdə 150-yə yaxın gənc alim və mütəxəssislərin məruzələri dinlənilmişdir.
Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının Sədri r.ü.f.dok., dosent Seyfullayev Famil Əlaizadə oğlu çıxış etmişdir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının üzvləri Aida Quliyeva və Səbinə Sadıqovanın tezisləri çap olunmuşdur.


Məktəblilər arasında “Gələcəyin tədqiqatçıları” adlı yeni müsabiqəyə start verildi
17 dekabr 2015-cü il

17.12.2015 tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və Radiasiya Problemləri İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu Gənc Alim və Mütəxəssislər Şuralarının birgə təşkilatçılığı ilə Nərimanov rayonu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri arasında AMEA-nın 70 illik yubileyinə həsr olunmuş «Gələcəyin tədqiqatçıları» müsabiqəsi çərçivəsində tədbir keçrildi. Məktəbin direktoru Xuraman Osmanova qonaqları salamlayaraq, Akademiya gənc alimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirdi və məktəb yaşlarında istedadlı şagirdlərin elmə həvəsləndirilməsi üçün belə müsabiqələri məqsədəuyğun hesab etdi. Təqdimatda çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd etdi ki, rəhbərlik etdiyi qurum istər ali, istərsə də orta məktəblərdə tələbə, magistr və şagirdlər arasında elmin təbliginə böyük önəm verir və artıq 2 ildir ki, bu istiqamətdə bir sıra qeyri-ənənəvi layihələr həyata keçrilir. O, nümunə olaraq “Bu günün şagirdi, sabahın alimi”, “Riyazi məntiqlə düşün”, “Əyləncəli və öyrədici elm” və sair layihələrinin məhz, Bakı və regon orta məktəblərində reallaşdırıldığını vurğuladı. F.Salmanov yuxarıda adı çəkilən müsabiqənin də şagirdlərdə elmə əlavə maraq oyadacağını əminliklə ifadə etdi.
Təqdimatda Fizika İnstitutu GAMŞ-nın sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova çıxış edərək bildirdi ki, Fizika İnstitutunun GAMŞ-nın təşəbbüsü ilə keçirilən bu tədbirin məqsədi məktəblilərin elmə marağının artırılması, kütlə qarşısında çıxış etmək bacarığnı formalaşdırmaqdır.
Nizami adına Ədəbiyyat İnstitutu GAMŞ-nın sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Arxeologiya və Etnoqrafiya İnstitutu GAMŞ-nın sədri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlil və Riyaziyat və Mexanika İnstitutu GAMŞ-nın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev təqdimatla bağlı fikirlərini bölüşdülər. Sonra söz məktəblilərə verildi. Seçilmiş 14 istedadlı şagird ədəbiyyat, fizika, radiasiya təhlükəsizliyi və ekologiya, tarix-etnoqrafiya və riyaziyyat fənnlərinə aid maraqlı mövzularda hazırladıqları təqdimatları nümayiş etdirdilər. Daha sonra hər bir təqdimatlarla bağlı ekspertlərin rəy və fikirləri öyrənildi və yekdil qərarla müsabiqənin nəticələri elan edildi. Beləliklə, ədəbiyyat üzrə Əliyeva Nigar I yerə, Zeynalova Fizzə II yerə, Həsənov Fuad III yerə; fizika fənni üzrə Mirzəliyeva Fidan I yerə,Cəfərzadə Jalə II yerə, Hüseynov Elvin III yerə; Radiasiya təhlükəsizliyi və ekologiya üzrə I yerə Məmmədəliyev Tofiq, II yerə Dərya Şahin; tarix və etnoqrafiya üzrə Əliyeva Nərmin I yerə, İbrahimova Şəhanə II yerə və nəhayyət riyaziyyat üzrə I yerə Səfərov Ramin, II yerə Quluzadə Zeynəb layiq görüldü. Qaliblərə müvafiq institutların sertifikatları və hədiyyələri təqdim olundu.


Riyaziyyat və Mexanika İnstitutunun üç gənc alimi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun həyata keçirdiyi 3-cü qrant müsabiqəsinin qalibi olmuşlar
29 oktyabr 2015-cü il

12 oktyabrda Azərbaycan Respublikasinin Prezidenti Yaninda Elmin İnkişafi Fondunun dəstəyi hesabına həyata keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələri elan olunub. AMEA Riyaziyyat və Mexanika İnstitutunun 3 gənc alimi Qeyri-harmonik analiz şöbəsinin böyük elmi işçiləri Hüseynli Əli Abbas oğlu, Şükürov Aydın Şükür oğlu və həmin şöbənin kiçik elmi işçisi Nəsibova Natəvan Polad qızı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibləri olmuşlar. Gənc alimlerimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq.


Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirildi
05 iyul 2015-cü il

08.07.2015-ci il tarixində saat 11:00-da AMEA RMİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirildi. Öncə iclasda GAMŞ-nın tərkibi müzakirə olunaraq səsə qoyuldu və Emin Bağırov ictimai işlər üzrə sədr müavini, Aida Quliyeva isə elmi işlər üzrə sədr müavini seçildi. Daha sonra sədr Famil Seyfullayev AMEA RMİ-nin 2015-ci il üzrə Fəaliyyət Planının icra vəziyyəti, eləcə də Şuraya üzv olan gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması məqsədi ilə bir sıra həvəsləndirici tədbirlər: konfranslar, layihələr, yay məktəbləri, qış məktəbləri, regionlarda elmin təbliğinin həyata keçirilməsindən danışdı.


İsmayıllıda AMEA Riyaziyyat və Mexanika İnstitunun gənc alimlərinin də təşkilatçısı olduğu məktəblərarası olimpiada keçirilib
AMEA Gənc Alim və Mütəxəssislər Şurası  və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıllı  rayonu üzrə məktəblilər arasında “Riyazi məntiq” adlı olimpiada keçirilib. Bilik müsabiqəsində, rayonun Icra Hakimiyyətinin nümayəndələri,  təşkilatçıların təmsilçiləri kimi Riyaziyyat və Mexanika İnstitunun gənc alimləri, rayonun şəhər və kənd orta təhsil ocaqlarının şagirdləri iştirak edirdiblər.

Şəhərin 5 saylı orta məktəbində baş tutan olimpiadanı giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov tədbir iştirakçılarını və təşkilatçıları salamlayaraq, müsabiqə haqqında təəssüratlarını bildirib.

Növbəti çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə, dosent  Famin Salmanov təmsil etdiyi elmi qurumun gələcək elm və kadr siyasətindən danşıb. O, olimpiadanın təşkili və keçirilməsini bu siyasətin tərkib hissəsi kimi qiymətləndirib. Riyaziyyat və Mexanika İnstitunun gənc alimləri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Zaman Səfərov, riyaziyyat üzrə fəlsəfə doktoru Lalə Əliyeva, mühəndis proqramlaşdırıcı Xumar Məhərrəmova tərəfindən hazırlanan olimpiada suallarının gələcəyin alimlərinin riyaziyyat fənnindən məntiqinin qiymətləndirilməsi və onların hazırlığına verə biləcəyi töhfədən də danışıb.

Müsabiqənin açılışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu  üzrə nümayəndəsi, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov və  Fondun “İnformasiya Təminatı” sektorunun müdiri, filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova  çıxış edib.

Çıxışlardan sonra müsabiqəyə start verilib. Əvvəlcədən müəyyənləşdirilən  formata uyğun olaraq olimpiada üç mərhələdə keçirilib və institutun alimlərindən təşkil olunmuş “Münsiflər heyəti” tərəfindən məktəblilərin nəticələri qiymətləndirilib. Müsabiqə 1 saylı tam orta məktəbin şagirdlərinin 1-ci yer,  5 saylı tam orta məktəbin şagirdlərinin 2-ci yer və Təzəkənd tam orta məktəbin şagirdlərinin 3-cü yer tutması ilə nəticələnib. Təşkilatçılar tərəfindən qaliblərə və iştirakçılara müvafiq hədiyyə, diplom və sertifikatlar verilib.


Bakıda “Əsrin müqaviləsi”-nin 20 illiyinə həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislərinin I Elmi Konfransı keçirilib
16 oktyabr 2014-cü il

15-16 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın Elm Fondunun dəstəyilə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Yer, Texnika və Kimya Elmləri Bölmələri tərəfindən “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya elmləri) müasir aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq Elmi Konfransı keçirib. Konfransda dünyanın müxtəlif qitələrini təmsil edən 30 ölkədən 400-ə yaxın çox gənc alim və tədqiqatçı iştirak edib. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Texnika Elmləri Bölməsinə daxil olan Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri   riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev da konfransın təşkili və keçirilməsində məsul şəxslərdən olmuşdur. Bundan başqa, konfrasın “Texnika seksiyası”nda İnstitutun gənc alim və mütəxəssislərindən Afaq İsmayılova,Səbinə Sadıqova,Fətai İsayev,Aygün Orucovanın elmi-tədqiqat işlərinə dair məruzələr dinlənilmiş və onların nəticələri konfrans materialları şəklində nəşr olunmuşdur.

Şura sədri Famil Seyfullayevin verdiyi məlumata görə belə beynəlxalq statuslu elmi tədbirlərin keçirilməsi ölkə gəncləri, o cümlədən İnstitutun gənc tədqiqatçıları üçün yeni imkanlar yaradır. Onlar elmi işlərinin nəticələrini daha böyük miqyasda müzakirə etmək və dünyada mövcud olan ən son elmi yanaşmaları mənimsəməklə gələcək tədqiqatlarında onların tətbiqinə nail ola bilirlər. Belə tədbirlər, həmçinin Azərbaycan gənclərinin xarici həmkarları ilə şərikli tədqiqat aparması üçün yeni perspektivlər açır.


Riyaziyyat və Mexanika İnstitutunun komandası AMEA-nın institutlararası I futbol çempionatında iştirak edib
08 oktyabr 2014-cü il

8 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni təşəbbüsü olan “AMEA-nın Gənc Alim və Mütəxəssislərinin institutlararası I futbol çempionatı” start götürüb. Çempionat, AMEA-nın İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının təşkilatı  dəstyəyiilə keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayevin məlumatına görə idman marafonunda Akademiyanın 16 İnstitutunu təmsil edən və gənclərdən ibarət komandalar 4 qrupda yarışıblar. Riyaziyyat və Mexanika İnstitutunun komandasının qrupdakı rəqibləri Akad. H. Əliyev adına Coğrafiya İnstitutu ,Memarlıq və İncəsənət İnstitutu və AMEA-nın Rəyasət Heyətinin komandaları olmuş və komandamız qrup oyunlarının hamısında qələbə qazanmaqla maksimum nəticə göstərmişdir.

Çempionatın 1/4 mərhələsində komandamız Geologiya və Geofizika İnstitutunun komadası ilə görüşmüşdür. Gərgin idman mübarizəs ilə yadda qalan oyunun sonunda qalib tərəf ikincilər olmuşdur.

Çempionatda komandamızın əzimkar oyununu xüsusi qiymətləndirən və təşkilatçılar bizə simvolik hədiyyə kimi kubok da veriblər.


AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir.
03 iyun 2013-cü il

“MƏNTİQLƏ DÜŞÜN” DEVİZI ALTINDA BİLİK YARIŞMASI LƏNKƏRAN ŞƏHƏRİNDƏ Azərbaycan Milli Elmlər AkademiyasıNIN (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Lənkəranda məktəblilərlə 28 May-Respublika Gününə həsr olunmuş “Məntiqlə düşün” devizi altında bilik yarışması keçirmişdir.

Əvvəlcə Lənkəranda Heydər Əliyev Mərkəzini ziyarət edən institutun gənc alimləri Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə bir daha tanış olmuşlar.
Sonra Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbində təşkil olunmuş tədbirdə gənc alimləri və yarış iştirakçılarını məktəbin direktoru Akif Xalıqov salamlamış, Respublika günü münasibəti ilə təbrik etmişdir. Daha sonra AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev institutun strukturu və görkəmli alimləri haqqında məktəblilərə məlumat vermiş, şagirdlərə uğurlar arzulamışdır. Yarışda Lənkəranın 5 təhsil ocağının-şəhər 4, 7, 10 nömrəli, Şürük və Xolmili kənd tam orta məktəblərinin şagirdləri bilik və bacarıqlarını nümayiş etdirmişlər. Bilik yarışmasında daha inamlı oyun nümayiş etdirən şəhər 10 nömrəli, Xolmili və Şürük kənd tam orta məktəblərinin komandaları birinci, ikinci və üçüncü yerləri tutmuşlar.
Sonda yarış iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilmişdir.


AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilmişdir.
20 noyabr 2013-cü il

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Misir Mərdanov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi. M.Mərdanov gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğuladı.
Rəhbərlik etdiyi elmi müəssisədə 60-a yaxın gənc kadrın fəaliyyət göstərdiyini söyləyən alim institutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini bildirdi.
AR Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli “Azərbaycan-2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasının əhmiyyətindən söz açan M.Mərdanov son dövrdə ölkəmizdə həyata keçirilən islahatların bütün sahələrdə, o cümlədən elm sektorunda müsbət nəticələrin əldə olunmasına şərait yaratdığını, hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd etdi. O bildirdi ki, bu mərhələnin əsas hədəfi elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Sonra AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qərarın mətni səsləndirildi.
İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.
Tərkibi 19 nəfərdən ibarət olmaqla f.-r.e.ü.f.d. Famil Seyfullayev Şuranın sədri, f.-r.e.ü.f.d. Rövşən Bəndəliyev və Lalə Əliyeva isə sədr müavinləri seçildilər.
Sonda çıxış edən professorlar Əkbər Əliyev, Musa İlyasov və Nadir Süleymanov yeni seçilmiş namizədləri təbrik etdilər, gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladılar, tövsiyyələrini bildirdilər.

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının üzvləri:

    1. Seyfullayev Famil Əlizadə oğlu- Sədr
    2. Bəndəliyev Rövşən Əlifağa oğlu  – Sədr müavini
    3. Əliyeva Lalə Rəhman qızı- məsul katib
    4. Səfərov Zaman Vahab oğlu-üzv
    5. Sadıqova Səbinə Rahib qızı-üzv
    6. Cəfərova Aynurə Məmmədrıza qızı-üzv
    7. Şahbəndəliyev Elməddin Hüseyn oğlu-üzv
    8. Quliyeva Aida Ağagül qızı-üzv
    9. Yüzbaşıyeva Afət Oqtay qızı-üzv
    10. Muradova Şəmsiyyə Əhliman qızı-üzv
    11. Rüstəmova Məhsəti Akif qızı-üzv
    12. Rüstəmova Vüsalə Mobil qızı-üzv
    13. Səbinə Salmanova Salman qızı-üzv
    14. Məmmədova Güldəstə Akif qızı-üzv
    15. Şahin Yəhyayev-üzv
    16. Vəliyev Fərid Elxan öğlu-üzv
    17. Ibrahimova Səriyyə Hikmət qızı-üzv
    18. Hüseynov Aydın Hüseyn oğlu-üzv
    19. Mirzəyeva Gulnar Rövşən  qızı-üzv


AMEA-nın RMİ-nun Gənc Alimlər Şurası 2004-cü ildə AMEA-nın Gənc Alimlər Şurası tərəfindən təsis edilmişdir;

2004-2009-cu illər ərzində RMİ-nun Gənc Alimlər Şurasının sədri Mübariz Hacıyev olmuşdur;

2009-2012-ci illər ərzində RMİ-nun Gənc Alimlər Şurasının sədri Rövşən Bəndəliyev olmuşdur;

2012-ci ilin sentyabr tarixindən etibarən isə RMİ-nun Gənc Alimlər Şurasının sədri vəzifəsinə Famil Seyfullayev seçilmişdir;

AMEA-nın RMİ-nun Gənc Alimlər Şurasının üzvləri:

    1. Famil Seyfullayev – sədr;
    2. Aida Quliyeva – müavin;
    3. Lalə Əliyeva – katib;
    4. Aydın Şükürov – üzv;
    5. Aynurə Cəfərova – üzv;
    6. Cavanşir Həsənov – üzv;
    7. Elməddin Şahbəndəliyev – üzv;
    8. Əli Hüseynli – üzv;
    9. Gülnar Mirzəyeva – üzv;
    10. Rövşən Bəndəliyev – üzv;
    11. Seymur Əliyev – üzv;
    12. Səbinə Sadıqova – üzv;
    13. Şəmsiyyə Muradova- üzv;
    14. Zaman Səfərov – üzv;

AMEA-nın RMİ-nun Gənc Alimlər Şurası təsis edildiyi ilk vaxtlardan etibarən bir sıra beynəlxalq və yerli tədbirlərdə fəal iştirak etmişdir:

– Gənc Alimlərin II İnnovativ İdeya Yarmarkası    –        25-30 iyul 2012-ci il;

– 1 saylı körpələr evini ziyarət                                –        26 oktyabr 2012-ci il;

– Gənc Alimlərin Elmi sərgisi (Bakı Expo Mərkəzi) –       noyabr 2012-ci il;

 

Faydalı linklər