Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Aprelin 3-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri” mövzusunda Ümuminstitut seminarı keçirilib.


Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n, dos. Rəşid Əliyev məruzə edib. Məruzədə P.L.Ulyanovun tədqiqatlarına istinad olunub. Belə ki, P.L.Ulyanov A- inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərirnin  A-Koşi inteqralı olur. Bu  şərtə müəyyən inteqral anlayışlar daxil edərək Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda sonlu kompleks ölçünün Koşi tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması isbat olunur.