Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Banax cəbrlərində multiplikatorların bəzi erqodik xassələri” Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2017-ci ilin son Ümuminstitut seminarı keçirilib. Seminarı institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq institutmuzun kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, yeni ildə hər kəsə xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və elmi nailiyyətlərində uğurlar  arzu edib.

Sonra ümuminstitut seminarında Yüzüncü Yıl Universitetinin (Türkiyə) əməkdaşı f-r.e.d., prof. Heybətqulu Mustafayev “Banax cəbrlərində multiplikatorların bəzi erqodik xassələri” mövzusunda məruzə edib.

Məruzədə, multiplikatorlar üçün erqodik nəzəriyyənin bəzi məsələlərindən bəhs edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər