06/05/2014
07.05.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Texas Texniki Universitetinin Elektrik və Kompyuter mühəndisliyi şöbəsinin Tətbiqi proqnozlaşdırma laboratoriyasının direktoru, professor Hamed Sair-Sarraf “Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusunda məruzə edəcəkdir.
Bu məruzə texniki proqnozlaşdırma və onun tarixinə girişlə başlayacaq. Sonra Texas Texniki Universitetinin Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib hazırlanmış bir sıra seçilmiş proyektlər açıqlanacaq. Bu seçilmiş proyektlər texniki proqnozlaşdırmanın sənaye, materialların səciyyələndirilməsi, tibbi diagnostika kimi sahələrdə müxtəlif tətbiqlərini nümayiş etdirir. Hər bir proyekt təqdim edilərkən texniki proqnozlaşdırma sahələrinin inkişafında əhəmiyyətli rol oynamış riyazi anlayışlara xüsusi diqqət verilir.
Məruzə, texniki proqnozlaşdırma sahəsini və onun gələcək potensialını qiymətləndirilməyə, bu sahənin texniki cətinliklərini nəzərə alaraq qarşılıqlı əməkdaşlıq şəraitində coxsahəli tədqiqat işlərində iştirak etməyə təşviq edəcək.