Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mayın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.


Mayın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında ABŞ-ın Texas Texniki Universitetinin “Elektrik və Kompyuter mühəndisliyi” şöbəsinin Tətbiqi proqnozlaşdırma laboratoriyasının direktoru, prof. Hamed Sair-Sarraf  məruzə edib. “Texniki proqnozlaşdırma və onun riyazi əsasları”  mövzusuna həsr olunan seminarda Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib hazırlanmış  proyektlər seminar iştirakçılarına nümayiş etdirilib. Bu proyektlər texniki proqnozlaşdırmanın sənaye, materialların səciyyələndirilməsi, tibbi diaqnostika kimi sahələrində tətbiq edilir. Seminarda texniki proqnozlaşdırma sahələrinin inkişafında əhəmiyyətli rol oynayan riyazi anlayışlar müzakirə edilib.

Faydalı linklər