Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


18.04.2018–ci il saat 11:00-da “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı b.e.i. dos. Miqdad İsmayılov “Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzə Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr edilib. Skalyar ardıcıllıqların hər hansı Banax fəzasına baxılır ki, kanonik vahid vektorlar sistemi burada bazis əmələ gətirir. Bu fəzaya nəzərən minimal Bessel və Hilbert sistemlərinin ümumiləşmələri verilir. Belə sistemlər üçün kriteriyalar və onlar arasındakı münasibət öyrənilir. Göstərilmişdir ki, hər bir Hilbert sistemi minimal olur. Minimal olmayan Bessel sistemlərə aid misallar gətirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər