26.04.2018–ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçiriləcəkdir. Seminarda “Qeyri-harmonik” analiz şöbəsinin dissertantı Atabəy Quliyev “İdentifikasiya məsələlərində xətti diskriminant təhlil metodları” mövzusunda məruzə edəcəkdir.
Məruzədə peyk məlumatlarının emalında xətti diskriminant təhlil metodlarının tətbiqinin əsas problemləri müzakirə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.