E L A N
16.05.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin əməkdaşı a.e.i., r.i.f.d., dos Aydin Şükürov “Cırlaşan əmsallı eksponensial və triqonometrik sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə:
- Makenhoupt şərtini ödəməyən xüsusi çəki halında çəkili eksponensial sistemin Lebeq fəzalarında tamlıq, minimallıq və bazisliyinin araşdırılması;
- Baxılan sistemdən element kənarlaşdırmaqla alınan sistemin tam və eyni zamanda minimal olmasını təmin edən çəki funksiyaları sinfinin müəyyən olunması;
- Ümumi çəkili eksponensial və triqonometrik sistemlərin element kənarlaşdırmaqla Şauder bazisi ola bilmə məsələsinin araşdırılması müzakirə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.