“Cırlaşan əmsallı eksponensial və triqonometrik sistemlərin bazislik xassələri haqqında” mövzusunda seminar keçirilib
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi r.ü.f.d., dosent Aydın Şükürov “Cırlaşan əmsallı eksponensial və triqonometrik sistemlərin bazislik xassələri haqqında” mövzusunda məruzə edib.
Məruzədə:
- Makenhoupt şərtini ödəməyən xüsusi çəki halında çəkili eksponensial sistemin Lebeq fəzalarında tamlıq, minimallıq və bazisliyinin araşdırılması;
- Baxılan sistemdən element kənarlaşdırmaqla alınan sistemin tam və eyni zamanda minimal olmasını təmin edən çəki funksiyaları sinfinin müəyyən olunması;
- Ümumi çəkili eksponensial və triqonometrik sistemlərin element kənarlaşdırmaqla Şauder bazisi ola bilmə məsələsinin araşdırılması müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.