Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30.05.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r. e.n. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Koşi nüvəli və Hilbert nüvəli sinqulyar və hipersinqulyar inteqral operatorların xüsusi növ operatorlar ardıcıllığı ilə approksimasiyaları veriləcək. Göstəriləcək ki, approksimasiya edən operatorlar sinqulyar və hipersinqulyar inteqral operatorların əsas xassələrini saxlayır ki, bu da sinqulyar və hipersinqulyar inteqral tənliklərin konstruktiv həlli zamanı az hesablama aparmaqla dəqiq nəticələr almağa imkan verir.

Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər