Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kəsilən əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda seminar keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminar keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Kəsilən əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda məruzə edib.

Məruzədə kəsilən əmsallı elliptik/parabolik tənlik üçün qoyulmuş sərhəd məsələsinin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər