Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.  Seminarda “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r. e.n. Rəşid Əliyev “Sinqulyar və hipersinqulyar inteqral operatorların approksimasiyaları” mövzusunda məruzə edib.

Çıxışda Koşi nüvəli və Hilbert nüvəli sinqulyar və hipersinqulyar inteqral operatorların xüsusi növ operatorlar ardıcıllığı ilə approksimasiyaları verilib. Göstərilib ki, approksimasiya edən operatorlar sinqulyar və hipersinqulyar inteqral operatorların əsas xassələrini saxlayır. Bu da sinqulyar və hipersinqulyar inteqral tənliklərin konstruktiv həlli zamanı az hesablama aparmaqla dəqiq nəticələr almağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər