Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Lövhənin qızdırılması prosesində nöqtəvi ölçmələr və toplanmış istilik mənbələrin yerləşməsinin optimallaşdırılması” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin “Lövhənin qızdırılması prosesində nöqtəvi ölçmələr və toplanmış istilik mənbələrin yerləşməsinin optimallaşdırılması” mövzusunda seminarı keçirilib.

Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “Lövhənin qızdırılması prosesində nöqtəvi ölçmələr və toplanmış istilik mənbələrin yerləşməsinin optimallaşdırılması” mövzusunda çıxış edib.

Toplanmış idarəetmələrin sintezi ilə nazik lövhənin qızdırılmasının prosesi misalı üzərində paylanmış parametrli obyektlərin idarəedilməsi məsələsinə baxılıb. Baxılan məsələdə, eyni zamanda həm idarəetmə təsirlərinin, həm də lövhədə aparılan ölçmə nöqtələrinin yerləşdirilməsi optimallaşdırılır. Məsələnin ədədi həll üsulu üçün birinci tərtib optimallaşdırma üsulları tətbiq edilmişdir ki, burada da funksionalın alınmış qradientləri istifadə olunur. Sonda ədədi eksperimentlərin nəticələri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər