Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


06.06.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda BDU-nun dosenti Şirmayıl Bağırov “Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda çıxış edəcək.

Məruzədə xarici oblastda zaman arqumentinə görəperiodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminə baxılır. Müsbət qlobal həllin yoxluğu məsələsi tədqiq olunur. Müsbət periodik həllərin yoxluğu üçün dəqiq qiymətləndirmə tapılmışdır.
Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər