Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Aqressiv mühitdə yarımsonsuz lövhənin düzxətli sərhəddində tətbiq olunmuş maili qüvvə ilə deformasiyasında dağılma vaxtının təyininin bir halı” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda elmi işçi Hicran Əli qızı Məmmədova “Aqressiv mühitdə yarımsonsuz lövhənin düzxətli sərhəddində tətbiq olunmuş maili qüvvə ilə deformasiyasında dağılma vaxtının təyininin bir halı” mövzusunda məruzə edib.

Məruzədə korroziyaya uğrayan materialdan olan yarımsonsuz lövhənin aqressiv mühitdə düzxətli sərhəddində maili qüvvənin təsiri ilə dağılma vaxtının təyini haqqında məsələ həll edilib. Lövhənin korroziya yeyilməsində xidmət müddətinə uyğun gələn zamanın qiyməti tapılıb. Korroziya davamlılığı müddətinin kritik qiymətinin varlığı üçün tətbiq olunan qüvvənin ödəməli olduğu məhdudiyyət təyin edilib. Baxılan lövhənin çatlamasına qədərki vaxt və eyni zamanda qüvvənin korroziya dağılması baş verməyən qiymət həddi tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər