13.06.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r. e.n. Şirmayıl Həsən oğlu Bağırov “Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda məruzə edəcəkdir.
Xarici oblastda zaman arqumentinə görə periodik əmsallı yarım-xətti parabolik tənliklər və tənliklər sisteminə baxılır. Müsbət qlobal həllərin yoxluğu məsələsi tədqiq olunur. Müsbət qlobal həllərin yoxluğu üçün kafi şərtlər tapılır və misallar üzərində göstərilir ki, tapılmış şərtlər dəqiqdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.