Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda Ümuminstitut seminarı keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Şirmayıl Həsən oğlu Bağırov “Zaman arqumentinə görə periodik əmsallı zəif əlaqəli yarım-xətti parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu” mövzusunda məruzə edib.

Xarici oblastda zaman arqumentinə görə periodik əmsallı yarım-xətti parabolik tənliklər və tənliklər sisteminə baxılıb. Müsbət qlobal həllərin yoxluğu məsələsi tədqiq olunub. Müsbət qlobal həllərin yoxluğu üçün kafi şərtlər tapılır və misallar üzərində göstərilib ki, tapılmış şərtlər dəqiqdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər