Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çəkili Lp fəzalarında bürümə diferensial operator tənliklər üçün requlyarlıq xassələri” mövzusunda seminar keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda BDU-nun “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti Musayev Hümbət Kazım oğlu “Çəkili Lp fəzalarında bürümə diferensial operator tənliklər üçün requlyarlıq xassələri” mövzusunda məruzə edib.

Məruzədə müəyyən sinif bürümə diferensial operator tənliklərə baxılıb. Həll prosesində yaranan operator funksiyaların multiplikatorluğu göstərilib və çəkili Lp fəzalarında baxılan bürümə diferensial operator tənliyin həlli üçün requlyar qiymətləndirmə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

 

Faydalı linklər