Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Yaponiya mühəndisləri məlumatların ötürülməsində rekord sürətə nail olublar


Yaponiya mühəndisləri saniyədə 22,9 petabit sürətə malik optik liflə məlumatların ötürülməsi rekordunu yeniləyiblər. Bu göstərici bütün dünyadakı saniyə üzrə internet trafikindən 20 dəfə çoxdur. Bu, əvvəlki – saniyədə 10,66 petabit olan dünya rekordundan düz iki dəfə artıqdır.

Saniyə üzrə qlobal internet trafiki bir saniyədə qlobal internet şəbəkəsi boyunca ötürülən ümumi məlumatların məcmusudur. Buraya veb-səhifələrinə baxmaq, video yayımlamaq, fayl yükləmək, onlayn oyun oynamaq və bütün dünyada internetə qoşulmuş cihazlar arasında ötürülən hər hansı digər məlumatlar kimi hər cür onlayn fəaliyyət daxildir.

Böyük internet trafikini idarə etmək üçün Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun (MİKT) tədqiqatçıları optik lifdə yer və dalğa uzunluğundan istifadə edərək, multipleksləmə texnologiyalarını (bir rabitə kanalı üzrə daha az sürət / zolaq genişliyi ilə birdən çox məlumat axını / kanal ötürülməsi) araşdırıblar. Bu, kanalları genişləndirmək, interneti daha sürətli etmək və daha çox məlumat emal etmək üçün müxtəlif zolaqlardan və kanallardan istifadə üsulunu nəzərdə tutur.

MİKT tədqiqatçılarından ibarət qrup ən yeni texnologiyalardan istifadə etməklə, bu məqsədə nail ola bilib. Onların kabeli hər biri üç rejimdə məlumat ötürə bilən 38 nüvədən ibarətdir ki, bu da ümumilikdə 114 coğrafi məkan kanalı deməkdir. Bu, müxtəlif dalğa uzunluqlarında fərqli və müstəqil məlumat kanallarından istifadə edilməklə, ümumi zolaq genişliyini artırır.

MİKT mütəxəssisləri, səhvlərin optimallaşdırılması və düzəldilməsi yolu ilə sistemin saniyə ərzində 24.7 petabit sürət əldə edə biləcəyini bildirirlər ki, bu da mövcud lif rabitəsi sistemlərindən 1000 dəfə sürətlidir.

azertag.az

Faydalı linklər