Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda məruzə edib.
Məruzədə ß müəyyən kompleks parametr olduqda {ei(n-ßsignn)t}neZ həyəcanlanmış eksponent sisteminə baxılıb. ß parametri üzərinə zəruri və kafi şərtlər tapılıb. Bu şərtlər daxilində bu sistem ( -π, π ) intervalında Morri tip fəzada bazis təşkil edir.
Qeyri-harmonik Furye sıraları nəzəriyyəsində bu tip sistem xüsusi maraq kəsb edir. Lebeq fəzalarında onun bazsilik xassələri Peli-Viner və Levinsonun işlərində öyrənilməyə başlanılmışdır.
Bu sistemin ß parametrinə nəzərən bazislik kriteriyası Lebeq fəzalarında A.M. Sedletskii və E.İ. Moiseyevin işlərində alınmışdır. Qeyd edək ki, Morri fəzalarında bazisilik kriteriyası Lebeq fəzalarındakı bazsilik kriteiyasından fərqlənir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.