Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


03.10.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik məsaməli sərhəd şərtli qaışıq məsələlər” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat veriləcək və bir hiperbolik tənlik üçün akustik məsaməli sərhəd şərtli daxilində qarışıq məsələnin zəif həllinin varlığı və yeganəliyi haqqında danışılacaq.

Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər