15/05/2014
“Riyazi analiz” şöbəsinin müdiri, f.-r.e.d., prof. Vaqif S. Quliyev Türkiyənin Dumlupinar Universiteti Matematik bölümündə (Kutahya ş.) Dumlupinar Universitetinin professoru İsmayıl Ekinçioğlu və Algarve Universitetinin (Faro, Portuqaliya) və Cənub Federasiyası Universitetinin (Rostov, Rusiya) professoru Stefan Samko ilə birgə elmi araşdırmalar aparmaq üçün 14.04.2014 – 24.04.2014 tarixlərində Dumlupinar Universitetində elmi ezamiyyətdə olmuş və “Maksimal və sinqulyar inteqral operatorlarının ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu” mövzusunda birgə elmi araşdırmalar aparmışdır. Bu araşdırma TUBİTAK tərəfindən dəstəlkənərək gerçəkləşmişdir.
Həmçinin, Türkiyənin Ahi Evran Universiteti Matematik bölümündə (Kirsehir ş.) 25 Aprel – 09 May 2014 cü il tarixlərində Ahi Evran Universitetinin dosenti Ali Akbulut və Department of Civil Engineering, Second University of Naples ( Aversa, Italy) professoru Lubomira Softova ilə birgə elmi araşdırmalar aparmaq üçün elmi ezamiyyətdə olmuş və “Gradient estimates in generalized Morrey spaces for parabolic operators” mövzusunda birgə elmi araşdırmalar aparmışdır. Bu araşdırma ERASMUS Avropa Birliyi tərəfindən dəstəklənərək gerçəkləşmişdir.
14.04.2014 – 24.04.2014 tarixlərində Dumlupinar Universitetində və 25.04.2014 – 09.05.2014 tarixlərində Ahi Evran Universitetində birgə elmi araşdırmalar aparılmış və uzun müddət ərzində aparılmış araşdırmaların nəticəsi olaraq aşağıdakı məqalələr ortaya qoyulmuşdur.
1) F. Deringoz, V.S. Guliyev, Stefan Samko, Fractional Maximal and Potential
Operators and Their Commutators in Vanishing Orlicz-Morrey Spaces . 2014, 1-19.
2) V. S. Guliyev, F. Deringoz, J.J. Hasanov, -admissible potential operators and their commutators on vanishing Orlicz-Morrey spaces. submitted
3) V. S. Guliyev, L. Softova, Gradient estimates in generalized Morrey spaces for parabolic operators. 2014, 1-19.
4) V. S. Guliyev, L. Softova, Global regularity in Orlicz-Morrey spaces of solutions to nondivergence elliptic equations with $VMO$ coefficients . 2014, 1-30.