Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin elmi əsəri “Springer” nəşriyyatına daxil olan jurnalda dərc edilib


Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə “Springer” nəşriyyatına daxil olan “International Applied Mechanics” impakt faktorlu jurnalda çap olunub.

AZƏRTAC xəbər verir ki, məqalə “Kəsiklə kontaktdan yaranan qeyri-bircins qalıq gərginliklərin ikiqat içiboş silindrdə oxasimmetrik boyuna dalğaların dispersiyasına təsiri” adlanır.

Qeyd edək ki, son illər həmmüəlliflərin ərsəyə gətirdiyi onlarla elmi aktual məqalə ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında dərc olunub. Bu da elmimizin təbliği istiqamətində son dərəcə əhəmiyyətli hadisədir.

azertag.az

Faydalı linklər