Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda məruzə edib.

Məruzədə Hausdorf operatorunun məhdudluğu və kompaktlığı haqqında danışılıb. Müxtəlif fəzalarda Hausdorf operatorunun əsasən məhdudluq, çəkili Lebeq fəzası halında isə həm də kompaktlıq məsələləri müzakirə edilib. Hausdorf operatoruna qoşma olan operator haqqında  ilkin məlumatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər