Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


17.10.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Besov-Morri tipli fəzalardan olan funksiyaların bəzi diferensial xassələri” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Besov-Morri tipli fəzalar daxil edilir. İnteqral göstərilişi üsulu ilə bu fəzalardan olan, n-ölçülü, “çevik buynuz” şərtini ödəyən oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün daxilolma teoremləri verilir. Həmçinin bu fəzalardan olan funksiyaların qarışıq törəmələrinin ümumiləşmiş Hölder şərtini ödəməsi göstərilir. Ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər