Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Besov-Morri tipli fəzalardan olan funksiyaların bəzi diferensial xassələri” mövzusunda məruzə edib.
Məruzədə Besov-Morri tipli fəzalar daxil edilib. İnteqral göstərilişi üsulu ilə bu fəzalardan olan, n-ölçülü, “çevik buynuz” şərtini ödəyən oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün daxilolma teoremləri verilib. Həmçinin bu fəzalardan olan funksiyaların qarışıq törəmələrinin ümumiləşmiş Hölder şərtini ödəməsi göstərilib. Ətraflı>>
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.