Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Mürəkkəb profilli boru kəmərində mayenin hərəkət hidrodinamikasinin modelləşdirilməsi” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f-r.e.n. dos. Abbasov Elxan Məcid oğlu “Mürəkkəb profilli boru kəmərində mayenin hərəkət hidrodinamikasinin modelləşdirilməsi” mövzusunda məruzə edib.

Mürəkkəb profilli boru kəmərində sıxılan mayenin qeyri-stasionar hərəkəti hidrodinamikasının modeli qurulub. Alınmış əlaqəli diferensial tənliklərin həlli verilib. Sistemin parametrlərindən asılı olaraq boru kəmərinin çıxışında homogen mayenin sərfini tapmağa imkan verən analitik ifadə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər