Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda seminarın davamı keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda məruzəsini davam etdirib.

Məruzədə Hausdorf operatorunun müxtəlif funksional fəzalarda məhdudluğu haqqında danışılıb. Çəkili Lebeq fəzası halında isə həm də kompaktlıq məsələləri müzakirə edilib. Hausdorf operatoruna qoşma olan operator haqqında da məlumatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər