Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda akademik Roald Saqdeyevin məruzəsi dinlənilib


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist əməyi qəhrəmanı, Lenin mükafatı laureatı, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Zinnuroviç Saqdeyev çıxış edib. Tədbirdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Milli Aviasiya Akademiyasının prorektorları iştirak ediblər.

Seminarı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O qeyd edib ki, bütün dünyada tanınan, fizika elminə, xüsusən kosmik fizika sahəsinə böyük töhfələr vermiş görkəmli akademik Roald Saqdeyevin bizim auditoriyada olması çox sevindirici və əlamətdar haldır.

Tədbir akademik Roald Saqdeyevin “KAM (Kolmoqorov, Arnold, Moser) teoreminin 50 ili” mövzusunda məruzəsi ilə davam edib. O, çıxışında elmi fəaliyyətinin formalaşma mərhələlərindən danışıb və müəllimi olmuş L. Landau, V. Ginzburq haqqında xatirələrini bölüşüb.

Sonda alim seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər