Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Lay-quyu-nəql sistemində neftin süzülmə prosesinin hidrodinamikası” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun aparıcı elmi işçisi Nurlana Ağayeva “Lay-quyu-nəql sistemində neftin süzülmə prosesinin hidrodinamikası” mövzusunda məruzə edib.

Məruzədə təzyiqin bərpası prosesinin inteqral modeli və əlaqəli diferensial tənliklərin həlli haqqında danışılıb. Lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla təzyiqin bərpası prosesinin dinamikasını təyin etməyə imkan verən analitik ifadə göstərilib. Lay-quyu-nəql sistemində neftin süzülməsi prosesinin qurulmuş hidrodinamik modeli və alınmış əlaqəli diferensial tənliklərin həlli müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər