27/12/2023
İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti öz satış şöbəsinin əməkdaşlarının bir hissəsini işdən azad etməyi nəzərdən keçirir. Belə ki, həmin işçilərin işləri süni zəka əsaslı funksiyalar vasitəsilə artıq avtomatlaşdırılıb. Hələ bir neçə müddət bundan öncə Google süni zəka əsaslı yeni reklam dövrünə qədəm qoydu. Bu isə öz növbəsində reklam verənlər ilə şirkət arasındakı qarşılıqlı əlaqəni daha da yaxşılaşdırmalıdır. Məlumata əsasən hal-hazırda şirkətin reklam şöbəsində 30 000 işçi çalışır. Onların yarısı isə şirkətin müəyyən reklam servisləri üçün reklamların satılması ilə məşğul olur. Google tərəfindən süni zəka funksiyalarının istifadəyə verilməsi ilə həmin işçilərə tələbat azalıb. Gözləntilərə əsasən işçilərin süni zəka ilə əvəzlənmələri uzunmüddətli perspektivdə şirkətə öz gəlirinin artırılmasında yardımçı olacaq.
technote.az