12/02/2024
14 fevral 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Ümuminstitut seminarda riyaziyyat elmləri doktoru, professor Araz Əliyev “İki sinif dörttərtibli opeator diferensial tənliklərin hamar həlləri haqqında” mövzusu ilə məruzə edəcək.
İşdə bütün oxda baş hissəsi təkrarlanan xarakteristikaya malik iki sinif dördtərtibli operator-diferensial tənliklər öyrənilir. Bu tənliklər üçün 1-ci tərtib hamar requlyar həll və “hamar” requlyar həllolunma anlayışları daxil edilir. Tənliklərin operator əmsalları üzərinə qoyulan şərtlər daxilində onların “hamar” requlyar həllolunması üçün kafi şərtlər müəyyən edilir. Eyni zamanda, Sobolev tipli fəzada aralıq törəmə operatorların normalarının dəqiq qiymətləri tapılır ki, bunlar həllolunma şərtləri ilə sıx bağlıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.