28/02/2024
27 fevral 2024-cü il tarixində Arəstə Şarıza qızı Həbibovanın “Parabolik və hiperbolik tip tənliklər üçün bəzi tərs məsələlərin korrektliyinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi üzrə Elmi seminarın növbəti iclası keçirilmişdir.
İclası seminarın rəhbəri AMEA-nın həqiqi üzvü, professor Yusif Məmmədov açaraq sözü iddiaçı Arəstə Şarıza qızı Həbibovaya vermişdir. İddiaçı dissertasiya mövzusunun aktuallığını, tədqiqat metodları, işdə alınan əsas nəticələri fəsillər üzrə şərh etdi.
Rəyçilər: Bakı Dövlət Universitetinin “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti, f.r.e.n Arif İsmayılov, Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi f.-r.e.d., professor Fərman Məmmədov.
Çıxış edənlər iş haqqında öz müsbət fikrilərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar və iddiaçının fəlsəfə doktoru dissertasiya işinin növbəti mərhələyə buraxılması məqsədəuyğun hesab edildi. Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.