Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Alimlər Alzheimer xəstəliyini erkən aşkarlaya bilən süni intellekt hazırlayıblar


Alimlər tüpürcəkdən götürülmüş nümunə ilə genetik testləri şərh edərək erkən mərhələdə Alzheimer riskini təyin edən süni intellektə əsaslanan texnologiya hazırlayıblar.

TÜBİTAK 1003 – Prioritet Sahələr Ar-Ge Layihələrinə Dəstək Proqramı çərçivəsində tamamlanan layihədə ilk prototip həyata keçirilməkdəykən, klinik mərhələ də daxil olmaqla sonrakı mərhələlər də həyata keçiriləcək.

Tədqiqatı 10 ildir aparan alim son layihə ilə bağlı açıqlamalar verib.

ABŞ-da bioinformatika üzrə doktoranturasını bitirdikdən sonra Türkiyəyə qayıdan həkim Aydın Son tibb və süni intellekti birləşdirən tədqiqatlar aparır. Son illərdə bir çox xəstəliyin diaqnozunda genom araşdırmasının əhəmiyyətinə diqqət çəkən alim, araşdırmalarında genom tədqiqatla maşın öyrənməsini birləşdirdiklərini ifadə edib: “Beynəlxalq işçi qrupları tərəfindən süni intellektdən istifadə etməklə yaradılmış 3 böyük məlumat dəstini təhlil edərək, biz erkən mərhələdə risk göstəriciləri ola biləcək genetik profilləri müəyyən edirik.

Bu genetik profilləri təsdiqləmək üçün inkişaf etdirdiyimiz texnikada iştirakçılardan tüpürcək nümunələri götürüb DNT-lərini təcrid edirik. Biz xəstəlik riskini 1,5-2 dəfə artıran genetik dəyişiklikləri müəyyən etdik və qoruyucu ola biləcək variasiyaları da müşahidə etdik. TÜBİTAK layihəmiz çərçivəsində bütün bunları edə bilən molekulyar diaqnostika dəsti prototipi hazırladıq: “Bu analizlərlə, xəstəliyin ən erkən mərhələsində yalnız yanağın içindən alınan bu nümunənin süni intellekt modelinə əsaslanaraq, insanların risk altında olub-olmadığını və ya Alzheimer xəstəliyinə qarşı qoruyucu genetik quruluşa sahib olub olmadığını həkimlərimizə bildirməyi hədəfləyirik”.

“Biz həkimlərin diaqnozlarına dəstək olmağı hədəfləyirik. Klinik araşdırmalarımız başlayanda 65 yaşdan yuxarı “xatırlaya bilməmək” kimi əlamətlər göstərən insanlar bizə müraciət edəcəklər. Biz bu genetik analizləri edirik və xəstənizə əsaslanaraq qiymətləndiririk. Burada riski artıran və ya qorunma təmin edən faktorlar əsasında xəstənizin qiymətləndirilməsi aparılır. Belə xəstələr uzun müddət yəni 2-3 ildən sonra yenidən izlənilir. Bununla retrospektiv testimizin etibarlılığını yoxlaya biləcikəyik”, – deyə alim bildirib.

Aydın Son Alzheimerdə diferensial diaqnozla yanaşı erkən diaqnozun da əhəmiyyətinə diqqət çəkib: “Beyində meydana gələn degenerativ hadisələrin qarşısını ala bilməsək də, onları yavaşlatmaq üçün bəzi üsullar ədəbiyyata daxil oldu. Bu nöqtədə bizim araşdırmalar erkən diaqnozda böyük əhəmiyyət kəsb edir”.

aztibb.az

Faydalı linklər